Sığorta şirkətində 220 minlik frıldaq

sigorta-sirketinde-220-minlik-frildaq
Oxunma sayı: 869

 Baş Prokurorluqdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, müəyyən edilib ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəmiş və bununla da cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.