Şimali Makedoniyada da prezident seçkiləri keçirilir

simali-makedoniyada-da-prezident-seckileri-kecirilir
Oxunma sayı: 652

Şimali Makedoniya Respublikasında prezident seçkiləri keçirilir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, seçki yerli vaxtla 07:00-da başlayıb və 19:00-a qədər davam edəcək.

Ümumilikdə 1 milyon 808 min 131 səsvermə hüququ olan seçici üçün ölkə daxilində 3480, xaricdə isə 80 məntəqədə sandıqlar qoyulub.

Yekun nəticələr aprelin 22-si açıqlanacaq.

Prezidentliyə namizədlər bunlardır:

Makedoniya Sosial Demokratlar Birliyi (SDSM) rəhbərliyindəki hökumət koalisiyasından Stevo Pendarovski,

Daxili Makedon İnqilabçı Təşkilatı (VMRO) - Makedoniya Milli Demokratik Birliyi (DPMNE) ittifaqının namizədi Qordana Silyanovska Davkova,

Albanlar Üçün İttifaq və BESA Hərəkatı ittifaqının alban əsilli namizədi Blerim Reka.

Namizədlərdən hər hansı biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs toplayan 2 namizəd 5 mayda keçiriləcək 2-ci turda mübarizə aparacaq.

Qeyd edək ki, bu, keçmiş adı ilə Makedoniya olaraq 8 sentyabr 1991-ci ildə Yuqoslaviyadan ayrıldıqdan sonra ölkədə 6-cı, Şimali Makedoniya olaraq isə prezident seçkisidir.