Şimali və Cənubi Kipr arasında sərhəd qapıları açıldı - Fotolar

simali-ve-cenubi-kipr-arasinda-serhed-qapilari-acildi
Oxunma sayı: 1973

Şimali Kiprin rəhbəri Mustafa Akıncı və Cənubi Kipr rəhbəri Nikos Anastasiadisin rəhbərliyi ilə Famaqustadakı Derinya və Lefkedəki Aplıç sərhəd qapıları eyni zamanda istifadəyə verilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, sərhəd qapıları yenidən açıldıqdan sonra təxminən 500 nəfər sərhədi piyada olaraq keçib.

İlk keçən türk və yunan vətəndaşlara müxtəlif hədiyyələr verilib.

Günün xatirəsinə Famaqusta və Derinya bələdiyyə sədrlərinə sülhü xarakterizə edən zeytun budaqları da təqdim edilib.