Şimali və Cənubi Koreya liderləri üçün xüsusi xətt yaradıldı

simali-ve-cenubi-koreya-liderleri-ucun-xususi-xett-yaradildi
Oxunma sayı: 1302

Şimali Koreya rəhbəri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Ce-in arasında gələn həftə keçiriləcək görüşdən öncə xüsusi telefon xətti qurulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iki liderin daha təhlükəsiz müzakirə apara bilməsi üçün bu addımın atıldığı açıqlanıb.

Qeyd edək ki, Kim Çen In və Mun Ce-in arasındakı görüş 27 apreldə iki ölkənin sərhədində yerləşən Panmunjomdakı “Sülh evi”ndə keçiriləcək. Şimali və Cənubi Koreya rəhbərləri arasında daha öncəki görüşlər 2000 və 2007-ci illərdə baş tutub.