Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - Yenilənib

sirmemmed-huseynovla-vida-merasimi-bdu-da-kecirilecek
Oxunma sayı: 3217

Şirməmməd Hüseynovun vida mərasimi sabah keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimi  sabah saat 13:00-da Təzəpir məscidində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov bu gün 95 yaşında dünyasını dəyişib.

 ***

Şirməmməd Hüseynovla vida mərasiminin yeri dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimi iyunun 25-də Bakı Dövlət Universitetində keçiriləcək.

Bu barədə “Report”a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.

Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək.

“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib.