Sistemdən silinməsi mümkün olmayan virus yayılıb

sistemden-silinmesi-mumkun-olmayan-virus-yayilib
Oxunma sayı: 1273

Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər sistemdən silinməsi mümkün olmayan “Djvu” virus şifrləyicisi aşkar ediblər. Virus internetdə geniş yayılıb.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, “STOP” virusu əsasında yaradılmış zərərli proqram təminatı kompüterə müdaxilə etdikdən sonra sistemə 4 fayl yükləyir.

Həmin fayllardan biri “Windows” sisteminin yeniləməsi haqqında saxta mesaj göstərir. Beləliklə, istifadəçini aldadır.

Sözügedən virusun qurbanına hakerlərin kontaktını özündə saxlayan fayl göndərilir. Kibercinayətkarlar deşifrin məbləğini açıqlamır, amma istifadəçi yaxın vaxtlarda onlara kömək üçün müraciət etdiyi halda endirim olacağına dair söz verirlər.

Hələlik hakerlərin köməyi olmadan məlumatları deşifr etmək üsulu məlum deyil.