Slovakiyada tank qəzası, ABŞ hərbçiləri yaralandılar

slovakiyada-tank-qezasi-abs-herbcileri-yaralandilar
Oxunma sayı: 717

Slovakiyada keçirilən hərbi təlimlər zamanı qəza baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, beynəlxalq "Slovatskiy şit – 2018" təlimi zamanı ABŞ-a məxsus “Abrams” tankı aşıb. Bu barədə Slovakiya MN-nin nümayəndəsi Danka Çapakova məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı biri qadın olmaqla 3 ABŞ hərbçisi xəsarət alıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir. 

Çapakova onu da qeyd edib ki, qəzanın araşdırılması ilkin mərhələdədir və yaralılar Slovakiya hərbçisi olmadıqlarına görə insidentlə bağlı hazırda ətraflı məlumat vermək mümkün deyil.

Aysel Kərimova