Sofiya Rotaru reanimasiyaya yerləşdirildi

sofiya-rotaru-reanimasiyaya-yerlesdirildi
Oxunma sayı: 4240

Rusiya, Ukrayna və Moldovanın məşhur pop müğənnisi Sofiya Rotaru Ufada reanimasiyaya yerləşdirilib.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, müğənniyə yaxın mənbənin bildirdiyinə görə, hazırda həkimlər onun həyatını xilas etməyə çalışır. Xəstəxanaya  “ən yaxşı” həkimlərin cəlb olunduğu və Rotarunun “xüsusi diqqət”də saxlanıldığı qeyd olunub.

Ufada şirkətlərdən birinin özəl gecəsində çıxış edən Sofiya ifasını bitirdikdən sonra huşunu itirib. Müğənni dərhal təcili yardımla xəstəxanaya çatdırılıb.