Son bir il ərzində İranda 600 insan edam edilib

son-bir-il-erzinde-iranda-600-insan-edam-edilib
Oxunma sayı: 1243

“Qafqazinfo” xəbər verir ki, APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, İranda açıq və gizli şəkildə edamlar davam edir. Son bir il ərzində İranda 314 nəfər dara çəkilib. Daha 230 nəfər isə gizli edam edilib. Edamların ümumi sayının 600-dək olduğu ehtimal edilir. 63 nəfər ictimaiyyətin gözü qarşısında dara çəkilib. Hazırda həbsxanalarda cəza çəkən 10 nəfərin üzərində edam hökmü var. Edam olunanların 71%-i narkotik maddələrin qaçaqmalçılığında ittiham olunub, lakin onların məhkəməsi qapalı keçirilib.

Hesabatda deyilir ki, dini azlıqlara qarşı təzyiqlər güclənib. Dini əqidəsinə görə 19 nəfər Xuzistanda, 13 nəfər isə Azərbaycanda həbs edilib.

Sənəddə həmçinin vurğulanır ki, etnik azlıqların hüquqları pozulur: “Bu ilin aprel ayında 24 ərəb fəal tutulub”.

Hesabatda İranda söz və ifadə azadlığının məhdudlaşdırıldığı, qadınlara, jurnalistlərə qarşı təzyiq və repressiyaların gücləndirildiyi, cinsi azlıqlara qarşı ayrı-seçkilik siyasəti həyata keçirildiyi, vətəndaşların qeyri-qanuni həbs edildiyi, məhkəmələrin ədalətsiz qərarlar çıxardığı, məhbusların işgəncələrə məruz qoyulduğu, onlarla kobud davranıldığı və s. bildirilir.