Soydaşlarımız əcnəbilərlə eyniləşdirilməməlidir

soydaslarimiz-ecnebilerle-eynilesdirilmemelidir
Oxunma sayı: 640

Ümid Partiyasının Xaricdə yaşayan həmvətənlər və diaspora ilə iş üzrə sədr müavini Rüfət Muradlı məsələ ilə bağlı partiyanın mətbuat xidmətinə açıqlama verib. O bildirib ki, Miqrasiya məcəlləsinədək Azərbaycanda mövcud olan qanunvericilik aktlarına nəzər salsaq qəribə bir mənzərə ilə üzləşəcəyik: “Xaricdə yaşayan azərbaycanlılarla bağlı istər 2002-ci il 27 dekabrda qəbul olunan dövlət siyasəti qanununda, istərssə də Əmək Miqrasiyası və digər müvafiq qanunvericilik aktlarında azərbaycanlı anlayışı xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların övladlarına, ya da vaxtilə Azərbaycan SSR və Azərbaycan Respublikası vətəndaşları olanlar və onların övladlarına şamil olunur. Məntiq göz qabağındadır.Yəni bu gün dünyanın müxtəlif nöqtələrində Azərbaycan üçün mücadilə aparan soydaşlarımız Azərbaycan Respublikası vətəndaşı deyilsə və olmayıbsa, bu qanun xaricində qalır. Yəni Borçalı, Dərbənd, Güney Azərbaycan deyə illərdir iddia etdiyimiz Bütöv Azərbaycan məfkurəsinin subyektləri olan soydaşlarımızla əcnəbilər mövcud qanunvericiliyə görə bizim üçün eyni statusa malikdirlər. Təbii ki, bütün bunların həlli mexanizmi gərəkir. Əgər Miqrasiya məcəllləsində mümkün olmasa belə, soydaşlarımızın hüquqi statusunu müəyyən edən qanuinvericilik aktı qəbul edilməlidir. Məncə, məhz belə bir qanunun qəbul edilməsi hazırda zərurət kəsb edən məsələdir."