Su anbarında batan şəxsin meyiti tapıldı

su-anbarinda-batan-sexsin-meyiti-tapildi
Oxunma sayı: 1171

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında bir nəfərin batması barədə məlumat daxil olub.
 

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
 
1986-cı il təvəllüdlü Əzizov Asif Əvəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb.