Sualtı ovçuların turniri yekunlaşdı

sualti-ovcularin-turniri-yekunlasdi-
Oxunma sayı: 699

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, 14 idmançının qatıldığı turnirin nəticələrinə əsasən ilk yerin sahibi Zverev İlya Vladimiroviç, ikinci yerin sahibi Novotorjin Denis Anatolyeviç, üçüncü yerin sahibi isə Zverev Dmitriy Vladimiroviç olub. Turnirin sonunda ilk üç yeri tutmuş qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb, onlara diplom və kuboklar təqdim olunub.

Sözügedən turnirin keçirilməsi Azərbaycanda aktiv su idman növlərinin təşəkkül tapmasına və inkişafına yönəldilmiş bir addımdır. 2012-ci ilin dövlət başçısı tərəfindən məhz idman ili elan edilməsi ilə bağlı olaraq, “Bakı” Sualtı Ovçular Klubu ölkədə bu idman sahəsinin geniş kütlələr arasında populyarlaşdırılması və gənclər arasında sağlam və aktiv həyat tərzinin təbliği istiqamətində səylərini bundan sonra da davam etdirəcək.