Sudanda hökumət ləğv edildi - Fövqəladə vəziyyət elan olundu

sudanda-hokumet-legv-edildi
Oxunma sayı: 892

Sudan prezidenti Ömər əl-Bəşir hökumətin ləğv edildiyini bəyan edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə bir illik fövqəladə vəziyyət rejimi elan olunub.  

Əl-Bəşir qərarını ölkədəki vəziyyəti stabilləşdirmək və böhrandan çıxmaqdan üçün iqtisadi islahatlara görə qəbul etdiyini bildirib. Bütün əyalətlərin qubernatorları da vəzifəsindən kənarlaşdırılıb. 

Prezident parlamenti Konstitusiyaya dəyişikliklərlə bağlı müzakirələri təxirə salmağa dəvət edib. Bundan başqa, o, müxalifəti dialoqa çağırıb.