Süleyman İsmayılov nöqsanlı qurumların adını açıqladı

suleyman-ismayilov-noqsanli-qurumlarin-adini-aciqladi
Oxunma sayı: 4326

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bəzi dövlət qurumlarında vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlara yol verildiyini vurğulayıb.

“Qafqazinfo” xəbər  verir ki, şöbə müdiri həmin qurumların adlarını açıqlayıb. 

Bunlara Xarici İşlər, Energetika nazirlikləri, “Bakı Metropoliteni” QSC, Milli Arxiv, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar aid edilib.

Günel Türksoy