“Sumqayıt” məğlub oldu, “Qəbələ” ilk qələbəsini qazandı - Video

sumqayit-meglub-oldu-qebele-ilk-qelebesini-qazandi
Oxunma sayı: 2682

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Sumqayıt” “Zirə”ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Növbəti qarşılaşmada isə “Sabah” “Qəbələ” ilə üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən əyalət təmsilçisi mövsümdə ilk qələbəsini qazanıb.

14 sentyabr (şənbə)

18:00. “Sumqayıt” – “Zirə” - 1:2

Qollar: Xulio Sezar Rodriges, 5 (0:1),Tellur Mütəllimov, 16-avtoqol (1:1), Şafik Tiqrudja, 88 (1:2)


Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
“Kapital Bank Arena”

20:00. “Sabah” – “Qəbələ” - 0:1
Qol: Roman Hüseynov, 47

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
“Bank Respublika Arena”