“Sumqayıt” “üçlüyə” biraz daha yaxınlaşdı - Video

sumqayit-ucluye-biraz-daha-yaxinlasdi
Oxunma sayı: 1523

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turu çərçivəsində daha bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edib.

Matça sürətli başlayan “Sumqayıt” 2-ci dəqiqədə penaltidən vurduğu qolla hesabda önə çıxıb. 11-ci dəqiqədə də “Sumqayıt” qol vurub. Lakin, bu dəfə öz qapısına.

90-cı dəqiqədə isə qonaqlar qələbə qolunu da vurmağa imkan tapıb.

Beləliklə, “Sumqayıt” 4-cü pillədəki mövqeyini daha da gücləndirib. Bu qələbə sayəsində onların yaxın izləyici “Neftçi” ilə aralarındakı xal fərqi 7-yə qalxıb. 3-cü pillədəki “Zirə” ilə xal fərqi isə 5-ə enib.

“Keşlə” – “Sumqayıt” - 1:2

Qollar: Tural Axundov, 2-pen. (0:1), Rail Məlikov, 12-avtoqol (1:1), Rəşad Eyyubov, 90 (1:2)