Sumqayıtda 2 otaqlı mənzil yanıb

sumqayitda-2-otaqli-menzil-yanib
Oxunma sayı: 1539

Sumqayıtda yanğın qeydə alınıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, şəhərin dördmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin eyvanında ev əşyaları 8 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.