Sumqayıtda keçmiş məhkum saxlanıldı

sumqayitda-kecmis-mehkum-saxlanildi
Oxunma sayı: 1221

Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
 
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin  4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il sentyabrın 5-dən bu il martın 10-dək olan müddətdə şəhər ərazisində 2 evdən 990 manat, 4 ədəd qol saatı, mobil telefon, kompyuter və qızıl əşyalar, 1 mağazadan isə 441 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Suleykin saxlanılıb.