Sumqayıtdakı yanğınla bağlı - Açıqlama

sumqayitdaki-yanginla-bagli-aciqlama
Oxunma sayı: 639

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının xarici divarlarına vurulmuş plastik materiallardan ibarət üzlük 100 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 1000 kv.m (ümumi 1100 kv.m) sahədə yanıb.

Yanğın zamanı 250 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.