“Superliqadan təklif var idi, “yox” dedim” - Mahir Mədətov

“Superliqadan təklif var idi, “yox” dedim”
Oxunma sayı: 834

“Qarabağ”ın hücumçusu Mahir Mədətov mövsümün sonunda komandadan ayrılacağı və xaricə gedəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, gənc forvard təkliflər aldığını, lakin hələlik Ağdam klubu ilə çempionluğu düşündüyünü bildirib:

“Təkliflər barədə mən də eşidirəm. Ancaq bu haqda baş məşqçi və agentim mənə demir. Özüm də istəmirəm ki, mənə desinlər. Çempionatın sonudur, komandaya köklənmişəm. Mayda qərar verərik.  Yunanıstan Superliqasında çıxış edən AEK klubundan real təklif var idi.

Həmin təklif “Neftçi” ilə oyuna 3 gün qalmış gəlmişdi. Qəti cavabım “yox” oldu. Fikrim komandada idi. Bizim üçün ağır il oldu.Sözün düzü, mən də çox istəyirəm ki, Avropada özümü göstərim. Buna qərar verəcək tək mən deyiləm. Üzərimdə əziyyəti olan şəxslər çoxdur. Xüsusilə də Qurban Qurbanovun. Atacağım addımda onlarla məsləhətləşəcəm, nə desələr, o olacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi