Sürücünün söydüyü yol polisi işdən çıxarıldı

surucunun-soyduyu-yol-polisi-isden-cixarildi
Oxunma sayı: 12012

Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub. 

"Qafazinfo" Baku.ws-ə istinadən xəbər verir ki, Mehdi Səlimov təqaüdə göndərilib.

Hüquq-mühafizə orqanlarından məlumatı təsdiqləyiblər. Bildirildi ki, həqiqətən də, Mehdi Səlimov təqaüdə göndərilib.

Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.