Suyun altında qalan maşınlar “Bank Standard”ın imiş - Video

Suyun altında qalan maşınlar “Bank Standard”ın imiş
Oxunma sayı: 10089

Son günlər yağan güclü yağışlar Bakıda və paytaxt ətrafında böyük gölməçələr əmələ gətirib. Bu gün isə Masazır qəsəbəsində bir neçə avtomobilin suyun altında qalması barədə məlumat yayılıb.

“Qafqazinfo” əməkdaşları hadisə yerinə baş çəkərək hazırkı durumu lentə alıblar. 

“Aysu” Qida Sənayesi şirkətinin qarşısından başlayaraq təxminən 300 metr ərazinin əksər hissəsi suyun altında qalıb. Bir metrdən artıq dərinliyi olan gölməçə nəticəsində 100-ə yaxın avtomobil də gölməçədə “qərq olub”. 

Əldə etdiyimiz məlumata görə, həmin maşınlar uzun müddətdir orada saxlanılır. Belə ki, bu avtomobillər “Bank Standard” vasitəsilə kreditə götürülən, lakin ödənişi tamamlanmayan maşınlardır. Buna görə də bank tərəfindən geri alınaraq burada dayanacağa qoyulub. 

Su yığıntılarının ərazisinə toplandığı daha bir şirkət isə “Aysu Qida Sənayesi”dir. Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, onlara bu hadisədən böyük ziyan dəyməyib: “Bizim şirkətin ərazisində azca su yığılmışdı, onu da təmizləmişik”.

Lakin “Bank Standard”ın əməkdaşlarından hadisə yerinə gələn, suyun altında qalan avtomobillərin taleyi ilə maraqlanan olmayıb.

Murad Əhməd

Video: Nərminə Vəliyeva, Nuran Məmmədov






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi