Prezident İlham Əliyev Tağı Məhəmməd oğlu Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, T.Əhmədov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.