Tahir Əkbərin məzar yeri dəyişdirildi - Fotolar

tahir-ekberin-mezar-yeri-deyisdirildi
Oxunma sayı: 8109

Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbər dəfn olunduqdan sonra məzar yeri yenidən dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova İnstaqram hesabında bəstəkarın məzarının fotosunu paylaşaraq məlumat verib

Belə ki, izləyicilər Haşımovaya qəbirlərin dəyişildiyini yazıblar. Sənətçi isə onlara cavabında bu addımı bəstəkarın həyat yoldaşının atdığını deyib.

Qeyd olunur ki, T. Əkbərin yeni məzarı anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb.