Taksi sürücüsünə qarşı daha bir qəddarlıq

taksi-surucusune-qarsi-daha-bir-qeddarliq-
Oxunma sayı: 664

“Dünən təxminən 14:30 radələrində Qələbə dairəsinin yanından keçirdim. Nəqliyyat Departamentinin 4 nəfər əməkdaşı 50-55 yaşlarında olan bir taksi şoferini təhqir edirdilər. Mən onlara yaxınlaşdım. Taksi sürücüsü departamentin əməkdaşlarına polisə zəng edəcəyini bildirdi. Əməkdaşlardan biri “Zəng et gəlsinlər, görək nə edəcəklər” dedilər: “Onlar səni mənim kabinetimə gətirəcəklər və mən səni orda....” Arxasınca dilə gətirilə bilməyən söyüşlər söydülər və kişinin üzərinə yeridilər. Bu zaman mən yaxınlaşaraq kişinin onların əlindən aldım və mənim də üstümə yerimək istəsələr də, geri çəkildilər. Departamentin əməkdaşlarından nə baş verdiyini soruşdum. Mənə dedilər ki, həmin kişi qanunsuz taksi fəaliyyəti ilə məşğuldur. Onlara bildirdim ki , belədirsə, protokol yazın, daha niyə kişini təhqir edirsiniz? Cavabında mənə bildirdilər ki, indi protokol yazarıq. Sürücü bildirdi ki, mənim zorla sənədlərimi aldılar. Departamentin əməkdaşları cavab verdilər ki, protokol yazılan kimi sənədləri qaytaracağıq.

Hər şeyin yolunda getdiyini nəzərə alıb ordan uzaqlaşdım. Heç 15 metr getməmişdim ki, bir çığırtı eşitdim. Baxdım ki, onlar kişini yerə yıxıb təpikləyirlər. Mənim geri döndüyümü görüb təcili maşına oturub getmək istədilər. Sürücü onları saxlamaq üçün maşından yapışdı və onu ən azı 15 metr asfaltın üstü ilə sürüdülər. Kişi yıxıldı və onlar da maşını sürüb getdilər”.

Beləliklə, sərnişin nəqliyyat şirkətinin 10 AR 570 nömrə nişanlı avtomobilində olan əməkdaşları hamının gözü qarşısında Azərbaycan vətəndaşına bu qədər dəhşətli vəhşilik etdilər.

Bu barədə məlumat vermək üçün Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənovun görüşünə getdim. Şöbə müdiri Namiq iş başında ola-ola məndən sabaha gəlməyimi istədilər. Ümid edirəm ki, Nəqliyyat Nazirliyinin əməkdaşları bu yazıdan sonra həmin əməkdaşlar barəsində cinayət işi açılmasına nail olacaqlar”.

Günel