Taliblər 4 əfqan polisini öldürüb

talibler-4-efqan-polisini-oldurub
Oxunma sayı: 646

Əfqanıstanda “Taliban” hərəkatının döyüşçüləri ilə toqquşmalar zamanı dörd polis əməkdaşı ölüb, 3-ü yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, qarşıdurma “Taliban” döyüşçülərinin bu gün səhər saatlarında nəzarət-buraxılış məntəqəsinə hücumundan sonra baş verib. 

Atışmada təhlükəsizlik xidməti əməkdaşları 6 hücumçunu zərərsizləşdirə bilib.