Papyan deyib ki, “Talışıstanın səsi” radiosunun açılması Qafqaz İranşünaslıq Mərkəzinin və “Modus Vivendi” Mərkəzinin birgə təşəbbüsüdür, humanitar məqsədlər güdür: “Bu təşəbbüsə həmçinin insan hüquqları prizmasından baxmaq lazımdır”.
Asatryan bildirib ki, qonşu Azərbaycanda iki milyon nəfərə yaxın talış yaşayır: “Bu radio talış dilində ilk radiodur”. O qeyd edib ki, radionun işinə erməni mütəxəssislər, tələbələr, elm xadimləri və bir qrup talış cəlb olunub.
Papya radionun Şuşadan yayılmasının ilk növbədə texniki motivlərlə bağlı olduğunu iddia edib: “Həm də Şuşanın bir vaxtlar Qafqazın mədəniyyət mərkəzlərindən biri olduğu nəzərə alınıb”.
Mətbuat konfransında qeyd olunub ki, martın 20-də açılan radio böyük uğur qazanıb, dünyanın müxtəlif bölgələrindəki talışlar proqrama materiallar göndərirlər və gələcəkdə proqramın həcmi artırılacaq. İndi radio gündə bir saatlıq proqramla yayılır.