Tanınmışlar Buktreyler Festivalında - Fotolar

taninmislar-buktreyler-festivalinda
Oxunma sayı: 646

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  Azərbaycanda İkinci Buktreyler Festivalı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, festival Beynəlxalq Muğam Mərkəzində baş tutub. Gecədə Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkili Qənirə Paşayeva, teleaparıcılar Nərgiz Cəlilova, Rövşanə Bektaşi, Günel Hümbətova, əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Tural Əhməd, Sənan Ellez və başqaları iştirak edib. 

Tədbirdə 3-cü yerə 3 nəfər, 2-ci yerə 2 nəfər və birinci yerə çıxan bir nəfərə pul mükafatı və diplomlar təqdim edilib. 

Kinoaktyor, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli bildirib ki, festivala 31 iş daxil olub:

“Sevincidirci haldır ki, festivala başqa ölkələrdən də treylerlər göndərilib.  Festival Azərbaycanda ikinci dəfə baş tutur. Münsiflər heyəti qalibləri seçib. Qaliblər diplom və pul mükafatı qazanıb. Hər kəsə uğurlar diləyirəm. Bizə dəstək olan insanlara minnətdarıq”. 

Xatırladaq ki, Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Fotolar: Nuran Məmmədov