“Tanışım məni döyərək zorladı...”- - Binəqədidə təcavüz

tanisim-meni-doyerek-zorladi-
Oxunma sayı: 6587


“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1990-ci il təvəllüdlü Aynur Əliyeva ( ad-soyad şərtidir) yanvarın 26-da Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

O bildirib ki, yanvarın 18-də saat 19 radələrində Biləcəri qəsəbəsində yaşadığı evdə tanışı Zamin adlı şəxs onu döyüb zorla cinsi əlaqədə olub.

Araşdırma aparılır.

Murad Əhməd