Tarkan rus milyarderin 1 milyonluq təklifini rədd etdi

tarkan-rus-milyarderin-1-milyonluq-teklifini-redd-etdi
Oxunma sayı: 663

Məşhur türkiyəli müğənni Tarkana rus milyarderin doğum günü məclisində oxumağı üçün 1 milyon dollar təklif edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, meqastar Tarkan milyarderə “Xüsusi məclislərdə səhnəyə çıxmıram” deyərək təklifi qəbul etməyib.

Qeyd edək ki, milyarderin adı açıqlanmır. Məclisin avqustun 19-da İspaniyanın Barselona şəhərində keçiriləcəyi bildirilir.