“Təbii sərvətlərin qorunmasında və bərpasında YAP-ın fəaliyyəti böyükdür”

tebii-servetlerin-qorunmasinda-ve-berpasinda-yap-in-fealiyyeti-boyukdur
Oxunma sayı: 1402

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov vurğulayıb ki, müstəqillik illərində Azərbaycanda ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı islahatlar aparılıb. Təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, meşələrin və biomüxtəlifliyin qorunması sahəsində də bir sıra mühüm tədbirlərin uğurla həyata keçirildiyini bildirən nazir müstəqil Azərbaycanın zəngin təbiətinin, təbii sərvətlərinin qorunmasında və bərpasında qazanılan uğurların YAP-ın fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu qeyd edib.

H.Bağırov deyib ki, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər ümummilli liderin siyasi və iqtisadi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir.
Son 20 ildə əldə olunan uğurlardan danışan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov isə bildirmişdir ki, müstəqilliyin bərpa edilməsi yolunda Azərbaycan ciddi sınaqlardan keçib. Belə bir ağır dövrdə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP respublikamızın ictimai-siyasi həyatında möhtəşəm işlər görüb.

Sonra YAP Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazi ilk təşkilatının fəaliyyəti ilə bağlı hesabat dinlənilib. Hesabat məruzəsi ətrafında çıxışlar olmuş, ötən yığıncaqdan sonra görülmüş işlər təhlil edilmiş, ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilmiş, rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilmişdir.

AzərTac