Tehran əhalinin mərkəzdən uzaqlaşmasının fərqindədir

tehran-ehalinin-merkezden-uzaqlasmasinin-ferqindedir
Oxunma sayı: 907


Onun sözlərinə görə, əslində seçkilərin nəticələrinə bizim üçün maraqlı olan üç asperktdən baxsaq daha məqsədəuyğun olar: “Birincisi yeni prezidentin seçilməsi İran hakimiyyəti üçün nə qədər önəmlidir? İkincisi İranda yaşayan soydaşlarımız üçün bu seçimin təsiri olacaqmı? Və nəhayət Ruhaninin məntəqə ölkələri , o cümlədən Azərbaycan və Türkiyəyə münasibəti.

Öncə bunu deməliyəm ki, Həsən Ruhaninin seçilməsilə İran hakimiyyəti mövcud quruluşa yeni nəfəs vermək istəyir. Bəs nə üçün məhz Ruhanilə?  Yəqin ki, öncə bu suala cavab verməliyik. İslahatçıların namizədi kimi seçkilərə qatılan Ruhani kimdir? Xatəmi dönəmində  8 il Milli Təhlükəsizlik Şurasının katibi olan Ruhani Əhmədinejad zamanında da dini lider Xameneyinin həmin şurada nümayəndəsi olub. Yəni faktiki olaraq digər “islahatçılar” kimi təcrid olunmayıb. Digər tərəfdən onun  Haşimi Rəfsəncani ilə də bağlılığı inkarolunmazdır. İndi sual doğa bilər ki, əgər sonda islahatçı seçiləcəkdisə niyə daha güclü fiqur olan Rəfsəncaniyə “stavka” olunmadı? Yəqin ki, bunun dəlilini  Rəfsəncaninin Xameneyi üçün etimadsız “partnyor” və ya daha xətərli fiqur olmasında axtarmaq olar. Amma sonucda ölkədə artan narazılıqları yatırmaq, habelə nüvə müzakirələrini əvvəlki “ sahibinə” qaytararaq danışıqlar prosesinin davamı üçün Ruhaninin üzərində dayandılar. Seçki mexanizmi də elə hazırlandı ki, Rəfəsəncani və Xatəminin Ruhaniyə dəstəklərini bildirdikləri ana qədər onun seçilməsinə heç kəs inanmazdı. Yəni əslində o, əhali üçün heç zaman islahatçı obrazı yaratmamış biri idi. Hər halda peşəkarcasına hazırlanmış bir ssenari sonucda əhalini seçki məntəqələrinə cəzb etdi”. 

Rüfət Muradlı qeyd edib ki, Ruhani seçkiqabağı təşviqat kampaniyasında da daha cəsarətli vədlərlə yadda qaldı:  “Xüsusilə soydaşlarımız qarşısındakı çıxışında verdiyi vədlər diqqəti çəkir.   Məsələn:Urmiyə gölünün qurumasının qarşısını almaq üçün Xəzər dənizindən su çəkilməsi və bunun üçün hətta planın da mövcud olmasını bildirməsi. Bundan başqa konstitisiyanın 15-ci maddəsinin müddəalarının həyata keçirilməsi, ana dilində məktəblərin açılması. Nəhayət milli-irqi ayrıseçkiliyə icazə verilməməsi və hər kəsin vətəndaş kimi hüquqları və  ödənişlərinin təmini . Təbii ki, milli-məzhəbi, başqa sözlə şiə-paniranist düşərgəyə mənsub olan Ruhanidən bunların həyata keçirilməsini gözləmək ilk baxışda sadəlövhlük kimi görünə bilər. Amma bir nöqtəni nəzərdən qaçırmamalıyıq. Tehran ölkədə yaşayan xalqların mərkəzdən uzaqlaşmasının fərqindədir və yaxşı dərk edir ki, hazırkı dönəm İran- İraq savaşındakı dönəmlə kəskin fərqlənir. Bir sözlə xalqı dövlətə yaxınlaşdırma mexanizmləri üzərində güclü çalışmalar gedir”. Hər halda verilən vədlərin reallaşacağına şəxsən özüm inanmasam da, onların yerinə yetirilməsini sevinclə qarşılayaram.   

 Ruhaninin Azərbaycan və Türkiyəyə olan münasibətinə gəlincə öncə yadınıza onun 15 gün öncəki bəyanatını salmaq istərdim. Olduğu kimi deyirəm:

“Azərbaycan Respublikası təhlükəsizlik riskinə çevrilib. Türkiyənin regionda ambisiyaları bizim üçün problem yarada bilər. Ona görə də bu ölkələrdə baş verən hadisələr diqqətlə izlənilməli və qarşılıqlı olaraq, əsasən də ortaq sərhədlərdə lazımi tədbirlər görülməlidir”. 

O qədər də təəcüblü görünməməlidir. Bu, əslində Ruhaninin deyil, aşağı yuxarı Pəhləvilər dönəmindən Türk-Azərbaycan faktoruna qarşı izlənilən siyasətdir ki, İslam respublikası dönəmində də o qədər də dəyişməmişdir. Azərbaycan müstəqil olduqdan sonra isə bu məsələdə həssaslıq daha da artmışdır. Amma ümumilikdə baxsaq, ölkənin xarici siyasətində bundan sonrakı dönəm üçün müəyyən yumşalmanın olacağı proqnoz edilir. Təbii ki, bayaq qeyd etdiyim kimi buna səbəb artan sanksiyalar və bunun ölkədə müxtəlif kataklizmlərə səbəb olacağı ehtimalı ola bilər. 

Seçkiləri ümumi dəyərləndirsək seçici aktivliyi baxımından qənaətbəxş hesab oluna bilər. Amma dediyim kimi burada fərqli seçki mexanizmini unutmamalıyıq. Soydaşlarımız üçün isə həmin gün keçirilən bələdiyyə seçkilərinin, özəlliklə Qərbi Azərbaycan ostanındakı seçkilərin önəmi daha böyük idi. Əhalinin etnik tərkibini və orada son zamanlar baş verənləri nəzərə alsaq həmvətənlərimizin yerli şuralarda çoxluq əldə etməsi önəmli idi və belə də oldu.