Təhsil Nazirliyi məktəblərə kitabların pulsuz paylanmasına başlayıb

tehsil-nazirliyi-mekteblere-kitablarin-pulsuz-paylanmasina-baslayib
Oxunma sayı: 648

Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün 38, II və VII-XI siniflər üçün 24 adda dərslik daxildir. Yeni kurikulum əsasında işlənmiş bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib.

Qeyd edək ki, 2011-ci ildə IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün “Zoologiya”, “İnformatika”, “Fizika”, “Rus dili”, VIII siniflər üçün “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, “Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası”, “Zoologiya”, “Rus dili”, “Fransız dili”, IX siniflər üçün “Yeni tarix”, “Rəsmxət”, “İnsan (Biologiya)”, “Rus dili”, “Fransız dili”, X siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı”, XI siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı” və “Rus dili” dərslikləri yenidən nəşr olunub.

Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir. Eyni zamanda dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb

Nigar Məmmədli