Temperatur qalxacaq

temperatur-qalxacaq
Oxunma sayı: 23887

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 17, 18, 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, buludlu olacağı gözlənilir. İyulun 17-də mülayim şimal qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. İyulun 17-18-də havanın temperaturu gündüz 30-35 dərəcə isti təşkil edəcək. İyulun 19-da şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 27-32 dərəcə isti olacaq.

Yaxın üç gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında 30-35, dağlarda 19-24 dərəcə isti olacağı gözlənilir.