Tereza Mey ağlayaraq istefa verdi - Fotolar + Video

tereza-mey-aglayaraq-istefa-verdi
Oxunma sayı: 7064

Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verib. 

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, o, bu gün Mühafizəkarlar Partiyası ilə siyasi məsləhətləşmələrdən sonra keçirdiyi mətbuat konfransında ağlayaraq iyunun 7-də rəsmən vəzifəsindən gedəcəyini açıqlayıb. Bu qərara səbəb “Brexit”lə (İngiltərənin Avropa birliyindən çıxmasını nəzərdə tutan saziş) bağlı əldə edilməmiş nəticə olub.

Tereza Mey ABŞ prezidenti Donal Trampın iyunun 3-nə planlaşdırılmış səfərindən sonra baş nazir və Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən gedəcək.

Meyin gedişindən sonra siyasətçilər yeni lider seçəcəklər. Bu posta ən layiqli namizəd kimi XİN rəhbəri Boris Conson göstərilir.

Xatırladaq ki, T. Mey 2016-cı ildən Baş Nazir postunda idi.