“Terrorun hansısa dinlə əlaqələndirilə bilinməyəcəyini təsdiqləyirik” - Bakı Bəyannaməsi+ Yenilənib

“Terrorun hansısa dinlə əlaqələndirilə bilinməyəcəyini təsdiqləyirik”
Oxunma sayı: 553

“Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci nazirlər toplantısının yekununda Bakı Bəyannaməsi qəbul olunub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, toplantının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Əfqanıstan prezidenti Əşrəf Qəni, Azərbaycan, Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan, İran xarici işlər nazirləri, bir sıra ölkələrin rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
 
Növbəti toplantının gələn il Türkiyədə keçirilməsi nəzərdə tutulur.

***

“Biz BMT nizamnaməsi və orada əks olunan ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə dair öhdəliyimizi bir daha təsdiq etdik”.
 
Bu barədə “Asiyanın ürəyi-İstanbul prosesi”nin nazirlər toplantısının Bakı Bəyannaməsində bildirilir.
 
Toplantı iştirakçıları dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə qarşı güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək öhdəliyini da bir daha qeyd ediblər.
 
Bəyannamədə terrorizmə, narkotik və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, qaçqınlar, beynəlxalq ictimaiyyətin Əfqanıstanda rolu, regional təşkilatlar, sülh və barışıq səyləri, regional əməkdaşlıq kimi məsələlər əksini tapıb.
 
Bəyannamədə həmçinin bildirilib: “Biz Asiyanın Ürəyində ümumi problemləri həll etmək, təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafı təmin etmək üçün effektiv və zəruri vasitə kimi regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayırıq. İştirakçı ölkələr arasında səmimi və səmərəli şəkildə inkişaf etmiş əməkdaşlığı gücləndirmək üçün öhdəliyimizi təkrarlayırıq.
 
Biz Asiyanın ürəyi ölkələri arasında yaxşı qonşuluq münasibətləri, sülhün mövcud olması və digər ölkələrin daxili işlərinə qarışmamaq əsasında dostluq əlaqələrini inkişaf etdirmək öhdəliyimizi təsdiq edirik. Biz terrorun hər hansı bir dinlə, millətlə, sivilizasiya ilə və ya etnik qrupla əlaqələndirilə bilinməyəcəyini təsdiq edirik.
 
Bakıda Asiya-İstanbul prosesi ilə bağlı 7-ci Nazirlər Konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikası Hökumətinə səmimi minnətdarlığımızı bildiririk”.
 
Həmçinin Bəyanatda Türkiyə Respublikasının 2018-ci ildə, Tacikistan hökumətinin isə 2019-cu ildə Nazirlər konfransına ev sahibliyi etmək niyyəti alqışlanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi