Teymur Məmmədov İslamiadada ilk qələbəsini qazandı

teymur-memmedov-islamiadada-ilk-qelebesini-qazandi
Oxunma sayı: 979

Boks üzrə Azərbaycan millisi daha bir medalı təmin edib. 

“Qafqazinfo” xəbər verir ki, yığmamızın üzvü Teymur Məmmədov buna Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlməklə nail olub. Belə ki, Avropa çempionumuz İslamiadada debüt görüşündə Özbəkistan boksçusu Sardorbek Beqaliyev üz-üzə gəlib. Qarşılaşma Məmmədovun qələbəsi ilə yekunlaşıb – 5:0.

Teymur yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə İhab Almatbuliyə (İordaniya) 3:2 hesabı ilə qalib gələn Eldin Qoussun (Suriya) olacaq.

Qeyd edək ki, Məmmədovdan öncə Cavid Çələbiyev (60 kq) də 1/2 finala vəsiqə qazanıb.