Təyyarə reportaj hazırlayan jurnalistlərin avtomobilinə çırpıldı - Video

teyyare-reportaj-hazirlayan-jurnalistlerin-avtomobiline-cirpildi
Oxunma sayı: 1896

İzmirin istirahət bölgəsi olan Alaçatıda ağlasığmaz hadisə yaşanıb.

"Qafqazinfo"nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Alaçatı Hava Limanından reportaj hazırlamaq istəyən jurnalistlərin avtomobilinə "Cessna" tipli təlim təyyarəsi çırpılıb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, maşına ciddi ziyan dəyib.

Jurnalistin sözlərinə görə, təlim təyyarəsi onlara jest yapmaq üçün uçuşu bir qədər aşağıdan etmək istəyib. Ancaq təyyarənin təkərləri avtomobilin ön şüşəsinə çırpılıb. Jurnalistin həyatını isə vaxtında aşağı əyilməsi xilas edib.