Toni Adams Premyer Liqa klubuna keçir

toni-adams-premyer-liqa-klubuna-kecir
Oxunma sayı: 637

Azerisport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Belə ki, Hindistanın "Vest Benqal" komandasının baş məşqçisi postuna namizədlər sırasında Adamsın da adı hallanır. "Arsenal"ın əfsanəsi ilə yanaşı, bu posta Piter Rid, Con Barsn, Samson Siasia, Kolin Todd, Teytur Todarsson və Miloş Rusinin də namizəd olduqları söylənilir.

Hindistan təmsilçisi eyni zamanda bir neçə tanınmış futbolçuları da heyətinə qatmağı planlaşdırır. Bunlar arasında karyerasını il yarım bundan öncə başa vurmuş Fabio Kannavaro və Ernan Krespo da var. Həmin futbolçularla yanaşı, Hindistan liqasında digər futbol ulduzları - Argentina yığmasının sabiq kapitanı Xuan Pablo Sorin, nigeriyalı Cey-Cey Okoça, fransalı Rober Pires, ingilis Robbi Fauler çıxış edir.