Toyda adam bıçaqlayan məhkəmədə həbs edildi

toyda-adam-bicaqlayan-mehkemede-hebs-edildi
Oxunma sayı: 745

Bakı Ağır Cinayətlər Məhkəməsində toyda tanışını bıçaqlamaqda təqsirləndirilən Vilayət Məmmədova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında qandallanıb.

İttihama görə, Şabran rayonunda toy məclisində mübahisə edən V.Məmmədov və Roman Dəmirov restorandan çıxaraq kənarda əlbəyaxa dava ediblər.

V.Məmmədov restorandan çıxarkən özü ilə götürdüyü bıçaqla R.Dəmirovu vurub. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. Məhkəmə zamanı R.Dəmirov onu bıçaqlayan Vilayəti bağışlayıb.

Murad Əhməd