Toyda kütləvi dava düşdü

toyda-kutlevi-dava-dusdu
Oxunma sayı: 1896


Toy məclisində xeyli miqdarda spirtli içki qəbul edən dostlar bir-biriləri yersiz zarafat ediblər. Hadisəyə ilkin səbəb kimi sərxoş gənclərin bir-birinə nalayiq ifadələr işlətməsi göstərilir. Çox keçməyib ki, bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq xəstəxanya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Həkim Nurlan Qurbanov xəstənin kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə şöbəyə daxil olduğunu deyib: "Birinci cərrahiyyə işlənərək yaralar tikilib, qanaxma dayandırılıb. Hazırda şöbədə müayinə və müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağırdır".

Şəmkir polisinin keçirdiyi ilkin istintaq tədbirləri zamanı məlum olub ki, Mehman Fətəliyevə bıçaqla xəsarət yetirən şəxs onun həmyerlisi 30 yaşlı Xəyal Həsənovdur. Polisdən verilən məlumata görə, Həsənov cinayətdə istifadə etdiyi soyuq silahla birlikdə saxlanılıb. Hazırda davanın digər iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Kəpəz TV