Tramp BMT səfiri üçün namizədini açıqladı

tramp-bmt-sefiri-ucun-namizedini-aciqladi
Oxunma sayı: 705

ABŞ-ın BMT-dəki səfiri postuna namizəd müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, prezident Donald Tramp bu vəzifəyə ABŞ-ın Kanadadakı səfiri Kelli Nayt Kraftı namizəd olaraq göstərib.

Tvitterdəki hesabında məlumat paylaşan Tramp Naytın ölkəsini ən yüksək səviyyədə təmsil edəcəyinə şübhəsinin olmadığı bildirib və onu təbrik edib.

Qeyd edək ki, 56 yaşlı xanım diplomat 23 oktyabr 2017-ci ildən ABŞ-ın Kanadadakı səfiri vəzifəsini icra edir.

ABŞ-ın BMT-dəki sonuncu səfiri Nikki Heylinin səlahiyyət müddəti isə ötən ilin dekabrında bitib.