Tramp CNN direktorunu istefaya çağırdı

tramp-cnn-direktorunu-istefaya-cagirdi
Oxunma sayı: 1184

ABŞ prezidenti Donald Tramp saxtakarlıqda və haqqında yalan məlumatlar yaymaqda ittiham etdiyi mediaya qarşı “müharibəni” davam etdirir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp CNN media holdinqinin direktoru Ceff Sukeri istefaya çağırıb.

O, direktorun qərəzli davrandığını, düzgün işləmədiyini və bu vəziyyətin uzun zamandır davam etdiyini söyləyib.

Qeyd edək ki, Tramp daha öncəki açıqlamalarında ABŞ KİV-ni “yalan xəbər istehsal mərkəzi”, jurnalistləri isə “xalq düşməni” adlandırıb.