Tramp Kim Çenlə danışıqlara hazırdır

tramp-kim-cenle-danisiqlara-hazirdir
Oxunma sayı: 855

ABŞ prezidenti Donald Tramp KXDR-in lideri Kim Çen İnlə danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp “Reuters” agentliyinə müsahibəsində deyib.

Bununla belə o, danışıqların Pxenyanın nüvə proqramı ilə bağlı promblemlərin həll olunmasına yardım edəcəyinə əmin olmadığını bildirib.

“Mən danışıqlar masası arxasına oturmağa hazıram. Lakin bunun problemi həll edəcəyinə əmin deyiləm”,-deyə Tramp vurğulayıb.