Tramp polis qatilləri üçün ölüm hökmü istədi

tramp-polis-qatilleri-ucun-olum-hokmu-istedi
Oxunma sayı: 914

ABŞ lideri Donald Tramp polisləri qətlə yetirən cinayətkarlar haqda ölüm cəzası çıxarılmasını istəyib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə vəzifələrini icra edərkən ölən hüquq-mühafizə orqanları əməkdaşlarının xatirəsinə həsr edilən mərasimdə çıxışı zamanı deyib:

“Bizim polislərimizə hücum bitməlidir, elə indicə buna son qoyulmalıdır. Hesab edirik ki, polis zabitini öldürən cinayətkarlara vaxt itirmədən məhkəmə yolu ilə ölüm hökmü verilməlidir. Bu, ədalətli, lakin sürətli proses olmalıdır”.