Tramp Quantanamonun taleyi ilə bağlı tapşırıq verdi

Tramp Quantanamonun taleyi ilə bağlı tapşırıq verdi
Oxunma sayı: 868

ABŞ konqresində çıxış edən prezident Donald Tramp Quantanamo həbsxanasının taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp əvvəlki prezident Barak Obamanın təşəbbüskarı olduğu və həbsxananın bağlanmasını nəzərdə tutan proqramın dayandırılmasına göstəriş verib:

“Mən nazir Ceyms Mettisdən (ABŞ müdafiə naziri) hərbi həbslərlə bağlı siyasətimizi bir daha nəzərdən keçirməsini və Quantanamo bazasındakı həbsxananın açıq saxlanılmasını tələb edən əmr imzalamışam”. 

Tramp İŞİD və Əl-Qaidə ilə mübarizədə ABŞ-ın ehtiyacı olan gücdən istifadə edə bilməsi üçün konqresin dəstəyini tələb edib: 

“Keçmişdə yüzlərlə təhlükəli terrorçunu axmaqca azadlığa buraxdıq ki, onlarla yenidən döyüş meydanında qarşılaşaq. Bura İŞİD lideri əl-Bağdadi də daxildir”. 

Qeyd edək ki, eks-prezident Barak Obamanın bağlanması üçün mübarizə apardığı, lakin bacara bilmədiyi Quantanamoda hazırda 41 məhbus cəza çəkir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi