Tramp Zelenskinin andiçməsinə getmir

tramp-zelenskinin-andicmesine-getmir
Oxunma sayı: 1067

ABŞ prezidenti Donald Trampın Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminə qatılmayacağı məlum olub.

“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy açıqlayıb. Onun sözlərinə görə, Trampla yanaşı, ölkənin vitse-prezidenti Mayk Pens də Zelenskinin inaqurasiyasına qatılmayacaq. Belə ki, mərasimə az vaxt qalıb və Trampla Pensin iş qrafiki doludur.

V. Çalıy onu da əlavə edib ki,  Ukrayna prezidentinin andiçməsində ABŞ-ı "prezidentlik" statusuna malik olan 15 nəfərlik nümayəndə heyəti təmsil edəcək.