Trampdan növbəti açıqlama - “Əməliyyat olarsa…”

trampdan-novbeti-aciqlama
Oxunma sayı: 2327

Son günlər ABŞ prezidenti Donald Trampın Suriyada baş verən proseslər barədə Tvitterdə yazdığı statuslar əsas gündəm mövzusuna çevrilib.

“Qafqazinfo” xəbər verir ki, Suriya hökumətini kimyəvi silah istifadə etməkdə və Rusiyanı onlara dəstək verməkdə ittiham edən Tramp, qalmaqallı açıqlamaları ilə diqqət mərkəzindədir.

“Hazırlaş Rusiya, raketlər gəlir” açıqlaması ilə Rusiyanı təhdid edən Tramp, ABŞ-ın atacağı addımlar barədə son qərarın yaxın günlərdə veriləcəyini deyib:

“Suriya məsələsi ilə bağlı bu gün iclas keçirəcəyik. Hər hansı əməliyyat olarsa öncədən Konqresə məlumat veriləcək. ABŞ “yanğını” daha da alovlandırmaqdan çəkinir”.