Trampın qərarı ləğv edildi

trampin-qerari-legv-edildi
Oxunma sayı: 2153

ABŞ rəhbərliyinin 24 sentyabrda qərara aldığı və 8 ölkənin vətəndaşlarına tətbiq edilməsi nəzərdə tutulan “səyahət məhdudiyyəti” qərarı qüvvəyə minməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Trampın təklif etdiyi qanun layihəsi Havay federal hakimi Derrik Vatson tərəfindəndən “milliyətlərinə görə insanlara ayrı-seçkilik qoyur” səbəbindən ləğv edilib.

İran, Suriya, Somali, Liviya, Yəmən, Şimali Koreya, Venesuela və Çad vətəndaşlarının ABŞ-a viza almaq prosedurlarına məhdudiyyət qoyan qərarın bu gecə qüvvəyə minməsi nəzərdə tutulurdu.