Trampın sanksiya təhdidinə Türkiyədən - Cavab

trampin-sanksiya-tehdidine-turkiyeden
Oxunma sayı: 5919

ABŞ prezidenti Donald Trampın “Rahib Branson azadlığa çıxmasa, Türkiyəyə sanksiyalar tətbiq edəcəyik” təhdidinə prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalından cavab gəlib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, İ.Kalın Trampa cavabında deyib:

“ABŞ hökumətinin açıqlamaları, NATO müttəfiqi olan ölkəmizə təhdidi qəbuledilməzdir. FETÖ mövzusunda bu günədək heç bir addım atmayan ABŞ müstəqil Türkiyə məhkəməsinin səlahiyyəti çərçivəsində olan bir məsələni bəhanə edərək Türkiyəyə hədə-qorxu gələrək bir nəticə əldə edə bilməyəcəyini dərk etməlidir. ABŞ öz mənfəətinə və müttəfiqlik əlaqələrimizə ziyan vurmadan dərhal davranışlarını nəzərdən keçirməlidir”. 

Xatırladaq ki, rahib Endryü Branson şahidlərdən birinin ifadəsinə əsasən, FETÖ cinayətindən tutulub. 35 il həbsi istənilən rahib haqqında “ev dustaqlığı” qərarı verilib.